Nvidia və MediaTek, "yeni nəsil əlaqəli avtomobillər" üçün ortaqlıq imzaladıqlarını açıqlayıb.
İki şirkət arasındakı razılaşma Nvidia-nın süni intellekt və RTX GPU patentlərinin MediaTek-in avtomobil sənayesində istifadə etdiyi çiplərə inteqrasiya məqsədi daşıyır. Bu inteqrasiyadan sonra avtomobillərin süni intellekt sahəsində mühüm funksiyalara sahib olacağı gözlənilir.
MediaTek; Drive OS Drive IX, Cuda və TensorRT daxil olmaqla Nvidia proqram təminatından istifadə edə biləcək. Dimensity Auto-da işləyəcək bu proqramlar avtomobillərin məlumat-əyləncə və təhlükəsizlik funksiyalarında istifadə olunacaq.
MediaTek-in Dimensity Auto platforması indi çoxsaylı displeyləri, yüksək dinamik diapazonlu kameraları və audio emalını özündə cəmləşdirən Auto Cockpit-i təkmilləşdirir. Bununla belə, şirkət Nvidia texnologiyalarını özündə birləşdirərək avtomobil dünyasındakı mövqeyini gücləndirməyi hədəfləyir.
Gartner araşdırma firmasına görə, avtomobillərdə istifadə edilən məlumat-əyləncə çipləri bazarı 2023-cü ildə 12 milyard dollara çatacaq. Nvidia və MediaTek arasındakı əməkdaşlığı ilk olaraq hansı avtomobil istehsalçılarının sınaqdan keçirəcəyini bilmirik.