Az | EN

Süni intellekt silah istehsalında istifadə edilə bilər

Fidan Abbaszadə
08 İyun 2023 13:34
398 baxış
Süni intellekt silah istehsalında istifadə edilə bilər

Britaniyanın baş naziri Rişi Sunakın texnologiya müşaviri və Qabaqcıl Tədqiqatlar və İxtiralar Agentliyinin (Aria) rəhbəri Mat Klifford süni intellektin inkişafı ilə bağlı xəbərdarlıq edib. Kliffordun xəbərdarlıqları arasında süni intellektin gələcəkdə silah istehsalında rol oynaya biləcəyi də var.

Mat Klifford süni intellektin inkişafının nəzarət altına alınması lazım olduğunu vurğulayaraq, bu texnologiyanın qarşıdakı iki ildə bioloji silah istehsalı və kiber hücumlar kimi təhlükəli məqsədlər üçün istifadə oluna biləcəyini xəbərdar edib. İştirak etdiyi bir televiziya proqramında süni intellekt, bioloji silahlar və kiber hücum təhdidləri ilə bağlı fikirlərini bildirən Klifford, bu texnologiyanın idarə oluna bilmədiyi hallarda bəşəriyyətin müxtəlif təhdidlərə hazır olması lazım olduğunu qeyd edib.

Bu cür təhdidlərin mühüm nəticələri ola biləcəyini vurğulayan Klifford süni intellektin tənzimlənməsi və məhdudlaşdırılması üçün beynəlxalq tədbirlərin görülməsi lazım olduğunu deyib. Bundan əlavə, bəşəriyyətin süni intellekt tərəfindən məhv edilmə ehtimalının sıfıra bərabər olmadığını bildirən Klifford bu məsələnin nə qədər ciddi olduğunu bir daha açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az