Az | EN

Süni intellektlə artıq fikirləri oxumaq mümkündür

Nail Valiyev
03 May 2023 14:05
337 baxış
Süni intellektlə artıq fikirləri oxumaq mümkündür

ABŞ-ın Teksas Universitetində bir qrup tədqiqatçı süni intellekt texnologiyasından istifadə edərək insan beynindəki fikirləri oxuyan sistem hazırlayıb. "Semantic Decoder" adlanan bu sistem ChatGPT-yə uyğun olaraq hazırlanmış model vasitəsilə insanların düşüncələrini mətnə ​​çevirir. Sistemin fəaliyyətini qiymətləndirən tədqiqatçılar fikirlərin yüksək dəqiqliklə oxuna biləcəyini qeyd ediblər.

Sözügedən təcrübə zamanı fMRI cihazından istifadə edilib. Heç bir fiziki təmasa ehtiyac olmadan həyata keçirilən prosesdə sadəcə maqnit mühitdə əldə edilən beyin tezliklərindən istifadə edilib. MRT cihazlarında yalnız elektromaqnit dalğalarından istifadə edildiyi üçün radiasiya olmur. Buna görə də prosesdə insan sağlamlığına zərər verə biləcək heç bir faktor yoxdur.

Araşdırma nümayəndələrindən Cerri Tanq araşdırmanın sui-istifadəyə açıq olduğunun fərqində olduqlarını və sistemin bu məqsədə xidmət etməməsi üçün lazımi həssaslığı göstərdiklərini bildirib. 

 

© copyright 2022 | tech.az | info@tech.az