Az | EN

Süni intellektlə maliyyə həlləri təqdim edən startap Ramp 500 milyon dollar investisiya alıb

Nigar Sultanli
31 İyul 2025 14:54
104 baxış
Süni intellektlə maliyyə həlləri təqdim edən startap Ramp 500 milyon dollar investisiya alıb

Ramp aldığı investisiya ilə mühəndislik, məhsul, marketinq və satış komandalarından ibarət yeni heyət qurmağı planlaşdırır.

ABŞ-də fəaliyyət göstərən Ramp, maliyyə işlərini avtomatlaşdırmaq üçün süni intellektdən istifadə edən startapdır. Iconiq Growth-un rəhbərliyi ilə keçirilən investisiya turunda Founders Fund və D1 Capital Partners kimi investorlar şirkətə 500 milyon dollar investisiya etdi. Bu investisiya Ramp-ın dəyərini 22.5 milyard dollara çatdırdı.

2019-cu ildən fəaliyyət göstərən Ramp, iyulda təqdim etdiyi süni intellekt agenti ilə maliyyə komandalarının təkrarlanan işlərini asanlaşdırır. Şirkət mart ayında illik gəlirini 700 milyon dollara yüksəldib və 40 mindən çox müştəriyə xidmət göstərir.

Hazırda 1 200 işçi çalışdıran Ramp, yeni investisiya ilə heyətini genişləndirəcək. Yeni komandalar əsasən süni intellekt agentlərinin inkişafı və marketinqi üzərində fokuslanacaq.

Ramp CEO-su Eric Glyman bildirib ki, gələcəkdə süni intellekt agentləri təchizat zənciri və mühasibat işlərində də istifadə olunacaq. O, “Proqramlara insan kimi düşünməyi öyrədirik” deyərək, maliyyədə avtomatlaşdırmanın daha da artacağını vurğuladı.

© copyright 2022 | tech.az | info@tech.az