Az | EN

Süni zəka ilə işləyən Photoshopun demo görüntüləri yayınlanıb

Fidan Abbaszadə
23 May 2023 14:30
324 baxış
Süni zəka ilə işləyən Photoshopun demo görüntüləri yayınlanıb

Süni zəkada baş verən irəliləyişlər foto redaktə sahəsində də inqilab edir. Araşdırma layihəsi olan DragGAN, süni intellekti daha yüksək səviyyəyə daşıyır. Hələ istifadəçiyə açılmasa da, DragGAN üçün paylaşılan demo görüntülər sosial mediada maraqla qarşılanıb.

Süni intellekt və Photoshopun birləşməsi olaraq hazırlanan DragGAN, sadə üsullar ilə bir fotoşəkilin necə dəyişdirilə biləcəyini ortaya qoyub. Yeni demo videosunda şəkilləri tamamilə dəyişdirmək üçün suni zəka ilə işləyən alətlərin potensialı nümayiş etdirilib.

İstifadəçilər təsvirdə müəyyən nöqtə və sahələri seçərək üz ifadələrini, bədən mövqelərini dəyişə bilərlər. Eyni zamanda bütöv bir fotoşəkili dəyişdirmək əvəzinə, xüsusi sahələri seçərək regional dəyişikliklər də etmək mümkündür.

Yeni süni intellekt layihəsi fotoşəkillərdən son dərəcə "real" nəticələr əldə etmək üçün istifadə edilə bilər. Lakin, redaktə edilmiş fotoların real olmadığını nəzərə alsaq, bunun, bəzi təhlükəsizlik problemlərinə səbəb ola biləcəyi görünür.

© copyright 2022 | tech.az | info@tech.az