Az | EN

Taksi sifariş xidməti göstərən Cabify 110 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
29 Mart 2023 16:44
411 baxış
Taksi sifariş xidməti göstərən Cabify 110 milyon dollar investisiya alıb

Taksi sifarişi xidməti göstərən Cabify 110 milyon dollar dəyərində investisiya alıb. İspaniyada yerləşən startap yeni investisiyanı Orilla Asset Management, AXIS və adı açıqlanmayan digər investorlardan əldə edib.

Bununla da 2011-ci ildə fəaliyyətə başlayan startapın ümumi investisiya məbləği 519 milyon dollara yüksəlib.

Məlumat üçün bildirək ki, yeni investisiyadan Ar-Ge araşdırmaları və elektrikli avtomobil strategiyasının inkişaf etdirilməsi üçün istifadə ediləcək. Çünki Cabify 2030-cu ilə qədər bütün parkını tamamilə elektrikli avtomobillərdən təşkil etməyi planlaşdırır.

Cabify Adrian Merino, Brendan Vallis, Fransisco Montero, Juan De Antonio, Sam Loun və Visente Paskual tərəfindən təsis edilib. Argentina, Çili, Kolumbiya, İspaniya, Meksika, Peru və Uruqvayda fəaliyyət göstərir. Bundan əlavə, startapın 42 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi və 1,2 milyon sürücüsü var. 

Cabify üç il ərzində fəaliyyət göstərdiyi ölkələrdə daha 25 şəhəri genişləndirməklə gəlirlərini üç dəfə artırmağı hədəfləyir. Onun ötən il 3,65 milyon dollardan çox gəlir əldə etdiyi bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az