Honq-Konqda beynəlxalq şirkətin əməkdaşı fişinq cinayətinin qurbanı olub. Bu cinayət hadisəsi şirkətə 25 milyon dollara başa gəlib.
Honq-Konqda yerləşən şirkətin əməkdaşı şirkətin baş maliyyət inzibatçısından (CFO) mail alıb. Maildə məxfi maliyyət proeseslərindən yazıldıöı üçün ilk başda o fişinqdən şübhələnib. Daha sonra videozəngə qoşulan işçi öz şübhələrindən xilas olub. Çünki videoda danışan şəxslər onun öz həmkalarları imiş.
Zəngdən sonra o 200 milyon Honq-Konq dolları ödənişə razılıq verib. Nəticədə bütün pullar cinayətkarların əlinə keçib.
Deepfake texnologiyası vasitəsi ilə bu proses baş verib.
Saxta maliyyə direktoru ilə bağlı fırıldaq yalnız işçi sonradan korporasiyanın baş ofisində yoxlama apardıqda aşkar edilib. Maliyyə işçisi saxta həmkarlarının göstərişlərinə əməl edərək, nəticədə 15 əməliyyat üzrə beş fərqli bank hesabına 25,6 milyon ABŞ dolları ekvivalenti olan 200 milyon HKD köçürüb.