Komanda ilə çalışmaq, professional mühitdə inkişaf etmək, netvörkinq şəbəkənizi genişləndirmək, real iş mühitində təcrübə qazanmaq istəyirsinizsə, bizə qoşulun!
Tech.az Media videoqraf, kontent menecer və redaktor vakansiyaları üzrə təcrübə prorqamı elan edir. Proqramın əsas məqsədi innovasiya sahəsində inkişaf etmək istəyən gənclərə dəstək olmaqdır.
Redaktor
Görəcəyi işlər:
•Gündəlik xəbərlərin yazılması;
•Məqalələrin yayımlanması;
•Xəbərlərin sosial mediada yerləşdirilməsi;
•Sabit postlar üçün araşdırmanın edilməsi;
•Tədbir və görüşlərdə iştirak etmək;
Tələblər:
•Texnologiya sahəsində xəbər və məqalə yaza bilmək;
•Maraqlı başlıqlar yaza bilmək;
•Araşdırma edə bilmək və unikal xəbərlər yazmaq;
•Startap ekosistemi haqqında məlumatlılıq;
•Təşəbbüskarlıq;
•Azərbaycan dilinin yazılı qaydalarını bilmək;
Qazanılanlar:
•24/7 açıq və rahat ofis;
•Güclü netvörkinq şəbəkəsi;
•İnkişaf və öyrənmə üçün dəstək;
•Rahat iş vaxtı;
Videoqraf
Görəcəyi işlər:
•Həftəlik videoların çəkilişi;
•Çəkilən videoların montajı;
•Tədbir və müsahibələrin çəkilişi;
•Lazım olduğu halda foto çəkiliş;
Tələblər:
•Adobe PremierePro üzrə biliklər (Vacib deyil);
•Yenilikləri tətbiq etmək bacarığı;
•Kreativ düşüncә;
•Diqqətli və detallara fikir vermə;
•Operativlik;
Qazanılanlar:
•24/7 açıq və rahat ofis;
•Güclü netvörkinq şəbəkəsi;
•İnkişaf və öyrəmə üçün dəstək;
•Rahat iş vaxtı;
Bizimlə bir komandada çalışıb inkişaf etmək istəyən şəxslər [email protected] mail ünvanına müvafiq başlığı yazaraq CV və varsa, portfoliolarını yollaya bilərlər. Tech.az Media Azərbaycanda innovasiya, startap və texnologiya mövzularında məzmunlar yayımlayan yerli texnologiya mediasıdır. Xəbər, məqalə, müsahibə və video məzmunlarda texnologiya dünyasının yenilikləri və aparıcı mütəxəssislərin təcrübələri paylaşılır. Həmçinin Tech.az Media bir sıra beynəlxalq brendlərin yerli təmsilçisidir və Bakıda bu tədbirləri təşkil edir.Tech.az saytı və sosial media hesabları ilə yerli startap ekosistem üzvlərinə və region ölkələrinə yeniliklər həm Azərbaycan, həm də İngilis dilində çatdırılır. Ölkəmizdə ən sürətli texnologiya mediası olan tech.az-ın izləyiciləri “TechDisapora” üzləri, yerli özəl şirkət və dövlət qurumlarının rəhbər şəxsləri və innovasiya ilə maraqlanan şəxslərdir.