Az | EN

Tech.az yaradıcı kontent üzrə mütəxəssis axtarır!

Cəmil Hüseynzadə
07 Aprel 2023 18:26
188 baxış
Tech.az yaradıcı kontent üzrə mütəxəssis axtarır!

Komandamıza innovasiyaları izləyən, startaparla maraqlanan, son texnologiyalardan məlumatlı olan yaradıcı, dinamik və komanda ilə işləyə bilən kontent üzrə mütəxəssis  axtarırıq.

Azərbaycan dili mükəmməl bilməsi vacib, ingilis dilini B2 səviyyədə bilməsi üstünlükdür.  

Vəzifə öhdəlikləri:

- Sosial şəbəkələr(Facebook, Instagram, Youtube, TikTok) üçün hazırlanan postlara kontent ideyaların tapılması

- Sosial media və sayt üçün yaradıcı mətnlərin yazılması

- Çəkilişlərə uyğun mətnlərin yazılması 

- Verilən mövzu, trendlər barədə kontentin yaradılması

- Satışyönümlü yazıların hazırlanması

 

Biz nə təklif edirik?

- 7/24 işləyən rahat ofis

- Bazar rəqabətinə uyğun maaş

- Şəxsi bacarıqların inkişafı

- Əlaqələr üçün əla mühit

Tələblər:

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Yaş: 20-30

Bizimlə işləmək üçün [email protected] email adresinə “kontent üzrə mütəxəssis” başlığı ilə CV-i əlavə edib göndərmənizi xahiş edirik.

© copyright 2022 | tech.az | info@tech.az