Az | EN

“Telegram”da artıq hesab aktivləşdirmək ödənişli olacaq

Nigar Sultanli
22 Sentyabr 2025 16:07
54 baxış
“Telegram”da artıq hesab aktivləşdirmək ödənişli olacaq

Son günlər istifadəçilər bildirirlər ki, "Telegram" hesabını yenidən aktivləşdirərkən təsdiq SMS-i almaq üçün ödəniş tələb olunur.

Məlumatlara görə, bu vəziyyət təkcə Azərbaycanda deyil, bir sıra digər ölkələrdə də qeydə alınıb.

Səbəblər isə aşağıdakılardır:

● Mobil operatorların beynəlxalq SMS-lərlə bağlı yüksək tarifləri - yəni sizə gələn SMS üçün mobil operator "Teleqram"dan yüksək məbləğ tələb edir. 

● Tez-tez hesab silib-yenidən açan və ya saxta nömrələrlə qeydiyyat aparan istifadəçilər sistemə əlavə yük yaradır. Ödəniş tələbi həm də bu kimi halları məhdudlaşdırmaq məqsədi daşıyır.

●  Teleqram SMS xərclərini qarşılamaq üçün istifadəçilərə qısa müddətli "Telegram Premium" abunəliyi almağı təklif edir. Bu həm də şirkət üçün əlavə gəlir mənbəyinə çevrilir.

Beləliklə, qeydiyyat zamanı ödənişin tələb olunması birbaşa "Telegram"ın siyasətindən irəli gəlmir, əsasən mobil operatorların yüksək SMS tarifləri ilə əlaqədardır.

© copyright 2022 | tech.az | info@tech.az