Çağırılma 6 noyabr 2023 və 30 iyul 2024 tarixləri arasında istehsal edilmiş “Cybertruck”lar daxil olmaqla, 2431 ədəd avtomobilə şamil edilir. “Tesla”nın hesabatında həmin yük maşınlarının nasaz inverter qurğusu ilə təchiz olunduğu aşkar edilib.
Oktyabrda “Tesla” 27 185 “Cybertruck”ı arxa kamerada yaranan görüntü gecikməsi səbəbindən geri çağırıb. Həmin geri çağırılmadan fərqli olaraq bu dəfə şirkət bildirib ki, avtomobillərdə inventerlə bağlı yaranmış problem ödənişsiz şəkildə həll ediləcək.
Bundan öncə isə il ərzində iki dəfə belə hadisə baş verib. Belə ki, Aprel ayında avtomobillərdəki zədəli qaz pedalını, İyun ayında isə qüsurlu şüşə silənləri təmir etmək üçün avtomobillər geri çağırılıb.