Az | EN

Texasda 1800-dən çox məlumat mərkəzi layihəsinin tikintisi yoxlanış üçün dayandırılıb

Cəmil Hüseynzadə
05 Avqust 2026 12:32
26 baxış
Texasda 1800-dən çox məlumat mərkəzi layihəsinin tikintisi yoxlanış üçün dayandırılıb

ABŞ-ın Texas ştatında enerji şəbəkəsinə qoşulma növbəsində olan 1800-dən çox məlumat mərkəzi (Data Center) layihəsi üzrə auditə başlanılıb. Ştatın qubernatoru Greg Abbott elektrik şəbəkəsinə qoşulma üçün müraciət etmiş bütün layihələrin ətraflı yoxlanılmasını tapşırıb.

Məlumata görə, növbədə olan layihələrin təxminən 90%-i məlumat mərkəzləridir. Onların ümumi planlaşdırılan gücü 474 giqavatdan çoxdur ki, bu da Texas elektrik şəbəkəsinin indiyədək qeydə alınmış maksimum pik tələbatından beş dəfədən çoxdur.

Layihələrin böyük hissəsinin tikintisinə hələ başlanılmayıb. Hazırda Texasda ən azı 335 fəaliyyət göstərən məlumat mərkəzi mövcuddur, əlavə 248 yeni mərkəzin isə tikintisi planlaşdırılır.

Audit çərçivəsində operatorlardan vergi güzəştləri, enerji və su istehlakı, soyutma sistemləri, yerli icmalara təsirin azaldılması tədbirləri və obyektlərin mülkiyyət strukturu ilə bağlı məlumatlar tələb olunur. Yoxlamaların nə qədər davam edəcəyi hələ açıqlanmayıb.

© copyright 2022 | tech.az | info@tech.az