Az | EN

TikTok-a yeni funksiya əlavə olunub

Fidan Abbaszadə
15 May 2023 12:32
342 baxış
TikTok-a yeni funksiya əlavə olunub

TikTok-a iPhone istifadəçiləri üçün axtarış vidceti əlavə olunub. Google-un axtarış çubuğuna bənzər şəkildə işləyəcək olan bu funksiya birbaşa TikTok-da axtarışı mümkün edəcək.

Yeni funksiya ilə iPhone istifadəçiləri proqramı açmadan birbaşa TikTok-da axtarış edə biləcəklər. Bu ilin əvvəlində TikTok axtarış sistemi olmaq istəyini göstərən “TikTok ilə axtarış” şüarını elan etmişdi.   Təqdim edilən yeni funksiya TikTok-un sadəcə bir əyləncə platforması olmaqdan çıxmaq istədiyini göstərir.  Google-un baş vitse-prezidenti Prabhakar Raqavanın sözlərinə görə, TikTok gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Əlavə olaraq, Google tərəfindən aparılan araşdırma göstərib ki, TikTok artıq bir çox istifadəçi üçün xəbər mənbəyinə çevrilib.

TikTokun axtarış sistemi olmaq istəyi maraq doğursa da, onun bu bazardakı rəqabətə baxmayaraq, necə yüksələcəyi  müzakirə mövzusu olub. Qeyd edək ki, keçən il dərc edilən bir hesabat TikTok-un axtarış funksiyasının 20 faiz yalan məlumat təqdim etdiyini göstərib.

© copyright 2022 | tech.az | info@tech.az