Artıq kontent yaradanların daim istifadə etdikləri filtrlər vasitəsi ilə pul qazanmaq mümkündür. Bunun üçün video belə paylaşmağa ehtiyac yoxdur. TikTok filtrlər hazırlayaraq pul qazana biləcəyiniz yeni funksiyasını açıqladı. 6 milyon dollar büdcəsi olan bu yenilik ilə dizaynerlər filtrlər hazırlayaraq pul qazana biləcəklər. Beləliklə, TikTok sosial mediada pul qazanmağın yeni üsulunu yaradaraq eyni zamanda platformaları üçün müxtəlif məzmunlar təqdim edəcək.
“Effekt Yaradan Mükafatlar” adlı bu yeni proqram ilə platforma daxilində ayrıca gəlir axını təmin ediləcək. Əgər bir filtr 500 min videoda istifadə edilərsə bu zaman TikTok dizaynerə 700 dollar ödəyəcək. Filtr hazırlayan istifadəçi 500 minlik video limitini keçdikdən sonra isə hər 100 minə görə 140 dollar əlavə ödəniş alacaq.
TikTok son olaraq daha bir qayda da əlavə etdi. İstifadəçilər bir gündə eyni effekt ilə minlərlə video çəksələr belə, platforma bunu 1 video kimi qiymətləndirəcək. Yəni hazırladığınız effektlə saxta hesabınızdan 500 min video paylaşsanız belə, eyni gündə çəkilənlər platforma üçün 1 video kimi sayılacaq. Bu xüsusiyyət hazırda ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyada mövcuddur. Proqramın başqa ölkələrə və Azərbaycana gəlib-gəlməyəcəyi bilinmir.