Az | EN

TikTok özünün "Tako" adlı süni intellekt çatbotunu sınaqdan keçirir

Nail Valiyev
26 May 2023 16:45
392 baxış
TikTok özünün "Tako" adlı süni intellekt çatbotunu sınaqdan keçirir

Süni intellektli çatbotlara marağın artdığı bu günlərdə sosial media platforması TikTok da öz çatbotunu sınaqdan keçirməyə başlayıb. 

Paylaşılan məlumata görə, Tako TikTok interfeysinin sağ tərəfində, istifadəçi profilinin üstündə və digər bəyənmə, şərh düymələri üzərində görünəcək. İstifadəçilər dil sorğularından istifadə edərək video haqqında Tako-ya müxtəlif suallar verə və ya tövsiyələr almaqla yeni məzmun kəşf edə biləcəklər. 

Əgər istifadəçilər izləmək üçün nəsə axtarırlarsa, onlar Takodan müəyyən mövzuda videolar istəyə biləcək. Tako videonun adını, müəllifini və mövzusunu, həmçinin təklif olunan videolara keçidləri siyahı formasında nəticələndirəcək. Buradan məzmuna keçmək üçün videonun üzərinə klikləmək mümkün olacaq.

TikTok-un Tako üçün hansı süni intellekt modelindən istifadə etdiyi bəlli deyil və hələki çatbot sınaq müddətindədir. Şirkət, sınağın yalnız Filippində aktiv olduğunu söyləyib. Tako-nun yetkinlik yaşına çatmayan hesablar üçün aktiv olmayacağı da deyilir.

© copyright 2022 | tech.az | info@tech.az