Az | EN

Tim Kuk baş direktorlıq vəzifəsini itirə bilər

Bənövşə Kazımova
24 Fevral 2023 16:17
769 baxış
Tim Kuk baş direktorlıq vəzifəsini itirə bilər

Apple şirkətinin baş direktoru vəzifəsində çalışan Tim Kuk səhmdarların mart ayında keçiriləcək yığıncağı ilə vəzifəsini itirə bilər.

Stiv Cobs 24 avqust 2011-ci ildə baş direktor vəzifəsini tərk etdikdən sonra Tim Kuk şirkətin yeni baş direktoru olub. ABŞ Milli Hüquq və Siyasət Mərkəzi (NLPC) iclasda Al Qor və baş direktor Tim Kukun idarə heyətindən uzaqlaşdırılması təklifini irəli sürməyə hazırlaşır.

Fox Business-in hesabatına görə, Milli Hüquq və Siyasət Mərkəzi Apple-ın idarə heyətinin bu üzvləri ilə bağlı ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasına iki tələb irəli sürüb. Müvafiq olaraq, səhmdarlar Al Qorun direktorluğunun əleyhinə səs verməyə və Tim Kukun yenidən direktorlar şurasına seçilməsinə qarşı çıxmağa çağırır. Bidirilib ki, Al Qor şirkətin direktorlar şurasında işləmək üçün uyğun deyil. Buna görə də onun səhmdarlar yığıncağında Apple-dan ayrılmasına səs veriləcək.

Yığıncaqda həmçinin şirkətin Çindəki fəaliyyəti da müzakirə olunacaq. NLPC Apple-dan Çindəki fəaliyyətini və oradakı bütün təchizat zəncirini açıqlamasını tələb edir.

© copyright 2022 | tech.az | info@tech.az