Az | EN

Tinder yoxlama prosesində süni intellekt və video selfilərdən istifadə etmək qərarı alıb

Nail Valiyev
26 Aprel 2023 15:55
173 baxış
Tinder yoxlama prosesində süni intellekt və video selfilərdən istifadə etmək qərarı alıb

Tinder şəkillə istifadəçi yoxlama funksiyasına süni intellekt yeniləməsi edib. Bu günə qədər bu funksiya proqram istifadəçilərinin bot olub olmadıqlarını aydınlaşdırmağa kömək edib. İndi isə Tinder fotolar əvəzinə video selfi tələb etməklə yoxlama prosesi gücləndirir. Üstəlik, tezliklə istifadəçilərə söhbətlərini yalnız şəkli təsdiq olunmuş olan üzvlərlə məhdudlaşdırmağa imkan verəcək.

Şirkət bildirib ki, dəyişikliklər Tinder-i daha təhlükəsiz etmək üçün olan çalışmaların bir hissəsidir.

Qeyd etməliyik ki, bu xüsusiyyət saxta fotoşəkillər və personajlar yaratmaq üçün süni intellekt alətlərindən rahatlıqla istifadə edilə bilindiyi və bu proseslərin asanlaşdığı bir dövrdə yaranır. Artıq tanışlıq proqramlarının botlarla dolmasının qarşısının alınması bu funksiya ilə daha rahat olacaq. Video selfi ilə “canlılıq” yoxlamasını tələb etmək, insanların dedikləri şəxs olduqlarını yoxlamaq və spam göndərənləri aradan qaldırmaq üçün şəkil yoxlanmasından daha güclü vasitədir.

© copyright 2022 | tech.az | info@tech.az