Az | EN

Trampın təşəbüsü ilə "Apple" Meksikadakı zavodları bağlanır

Cəmil Hüseynzadə
23 Fevral 2025 03:42
38 baxış
Trampın təşəbüsü ilə "Apple" Meksikadakı zavodları bağlanır

Tim Kuk ABŞ iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə qoyacaq

ABŞ-ın yeni prezidenti Donald Tramp Apple şirkətinin baş direktoru Tim Kukla görüşündən sonra texnologiya nəhənginin ölkə iqtisadiyyatına böyük sərmayə yatırmaq planlarını açıqlayıb.

Trampın sözlərinə görə, Tim Kuk ABŞ iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə qoyacağını və Meksikadakı iki fabrikini bağlayaraq onları ABŞ-da yenidən açacağını vəd edib.

Bundan əlavə, ABŞ-da iPhone istehsalından başqa, çip istehsalı da genişlənir. Tayvanlı TSMC şirkəti Arizonada yeni zavodunu işə salmağa hazırlaşır. Hazırda 3 nm və 2 nm texnologiyalarına keçid planlaşdırılmır və bu proses 2028-ci ildən tez baş tutmayacaq. Lakin ABŞ-da artıq iPhone 15 və 15 Plus modelləri üçün çip istehsalı mümkündür.

Bu addım ABŞ-da texnoloji istehsalın genişləndirilməsi istiqamətində vacib bir dönüş nöqtəsi ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az