Az | EN

Trendyol Azərbaycan14,9 milyon manat vergi ödəyib

Cəmil Hüseynzadə
03 İyun 2026 15:40
52 baxış
Trendyol Azərbaycan14,9 milyon manat vergi ödəyib

“TRENDYOL AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ildə dövlət büdcəsinə 14,9 milyon manat vergi ödəyib. Şirkətin vergi ödənişlərinin həcmi onun Azərbaycan bazarındakı fəaliyyətinin və e-ticarət sektorunda mövqeyinin gücləndiyini göstərir.

Xatırladaq ki, “Trendyol Azərbaycan” 2023-cü ilin avqust ayında dövlət qeydiyyatına alınıb. Şirkətin bazara daxil olmasından əvvəl “Trendyol” və “PASHA Holding” birgə açıqlama yayaraq Azərbaycanda e-ticarət xidmətləri göstərmək üçün şərik müəssisə yaradacaqlarını bəyan etmişdilər.

Hazırda şirkətin direktoru İrem Çağlı Yılandildir. Son illərdə onlayn ticarət bazarının sürətlə böyüməsi fonunda “Trendyol Azərbaycan” ölkədə elektron ticarətin inkişafına töhfə verən əsas şirkətlərdən birinə çevrilib. 2025-ci ildə dövlət büdcəsinə ödədiyi 14,9 milyon manat vergi də şirkətin iqtisadi fəaliyyəti və bazardakı rolunun göstəricisi kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az