Az | EN

Uber süni intellekt alətlərinə aylıq 1500 dollar limit qoydu

Cəmil Hüseynzadə
03 İyun 2026 13:06
64 baxış
Uber süni intellekt alətlərinə aylıq 1500 dollar limit qoydu

Uber süni intellekt alətlərinə çəkilən xərcləri azaltmaq üçün əməkdaşlar üçün yeni limitlər tətbiq edib. Şirkətin qərarına əsasən, hər bir əməkdaş və hər bir süni intellekt əsaslı kodlaşdırma aləti üzrə aylıq xərc limiti 1500 dollar olacaq. Bu məhdudiyyət Anthropic-in Claude Code və Cursor kimi populyar alətlərinə də şamil edilir.

Məlumata görə, Uber illik süni intellekt büdcəsini cəmi dörd ay ərzində xərclədikdən sonra bu addımı atıb. Daha əvvəl şirkət əməkdaşları süni intellektdən mümkün qədər çox istifadə etməyə təşviq edirdi. Uber rəhbərliyi isə bu texnologiyalara yatırılan vəsaitin real biznes nəticələrinə təsirinin hələ də tam aydın olmadığını bildirir. Şirkətin qərarı texnologiya sektorunda süni intellekt investisiyalarının səmərəliliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

© copyright 2022 | tech.az | info@tech.az