Az | EN

Türk alim Google DeepMind-a rəhbər təyin olundu

Cəmil Hüseynzadə
06 Avqust 2026 10:53
63 baxış
Türk alim Google DeepMind-a rəhbər təyin olundu

Google-un süni intellekt bölməsi Google DeepMind-da rəhbərlik dəyişikliyi baş verib. Şirkətin baş direktoru Sundar Piçai açıqlayıb ki, DeepMind-ın həmtəsisçisi Demis Hassabis artıq Google DeepMind-ın İdarə Heyətinin sədri və Alphabet-in Baş Elmi İşçisi (Chief Scientist) vəzifəsində fəaliyyət göstərəcək.

Onun yerinə isə Google DeepMind-ın texnologiya direktoru və baş süni intellekt memarı olan Koray Kavukçuoğlu şirkətin yeni baş rəhbərlərindən biri – Senior Vice President (Kıdemli Vitse-Prezident) təyin edilib.

Yeni vəzifəsində Koray Kavukçuoğlu şirkətin əsas süni intellekt modellərinin hazırlanması, qabaqcıl AI tədqiqatları, Gemini platforması və tərtibatçı komandalarına rəhbərlik edəcək.

Sundar Piçai bildirib ki, Kavukçuoğlu artıq 13 ildir Google DeepMind-da çalışır və dərin öyrənmə sahəsində dünya miqyasında tanınan mütəxəssislərdən biridir. O, DeepMind-ın dərin öyrənmə komandasını yaradıb və WaveNet və DQN (Deep Q-Network) kimi süni intellekt sahəsində mühüm texnologiyaların inkişafına rəhbərlik edib.

Demis Hassabis isə yeni rolunda əsas diqqətini süni ümumi intellektin (AGI) inkişafına və elmi kəşflərə yönəldəcək, eyni zamanda Alphabet-ə məxsus Isomorphic Labs şirkətinə rəhbərlik etməyə davam edəcək.

© copyright 2022 | tech.az | info@tech.az