Türk Hava Yolları Mərkəzi Bankdan aldığı lisenziya əsasında "TKPAY" yeni rəqəmsal ödəniş sistemini istifadəyə verib. Şirkətin bu yeni ekosistemi sadəcə aviabilet satışı ilə məhdudlaşmır; istifadəçilər bu rəqəmsal pul kisəsi vasitəsilə restoranlarda, otellərdə, marketlərdə və nəqliyyatda QR-kod texnologiyasından istifadə edərək sürətli və təmassız ödənişlər həyata keçirə bilirlər.
Sistemin təqdim etdiyi maliyyə imkanları istifadəçilərə dörd fərqli valyutada (TRY, USD, EUR, GBP) hesab açmaq, sərfəli məzənnələrlə mübadilə aparmaq və 7/24 pulsuz pul köçürmələri etmək şəraiti yaradır. Bununla yanaşı, sadiq müştərilər üçün vacib bir yenilik olaraq, mövcud Miles&Smiles millərinin dərhal nağd pula çevrilərək gündəlik xərcləmələrdə istifadə edilməsi imkanı da platformaya əlavə olunub.
THY-nin tam mülkiyyətində olan "THY Ödəniş və Elektronik Para A.Ş." tərəfindən idarə olunan bu platforma, istifadəçilərinə hər ödənişdə anında nağd geri ödəniş (cashback) qazandırır. Təqdimat dövrünə özəl olaraq isə sistem üzərindən edilən alış-verişlərdə 10% dəyərində "TK Para" hədiyyə edilir. Qısa müddət ərzində böyük maraq görən tətbiq artıq 20 min aktiv istifadəçi sayına çatıb.
