Az | EN

Türk startapı Commencis “OpenAI to Z Challenge” müsabiqəsində 2-ci yerə çıxıb

Nigar Sultanli
02 Sentyabr 2025 16:28
49 baxış
Türk startapı Commencis “OpenAI to Z Challenge” müsabiqəsində 2-ci yerə çıxıb

İstanbulda fəaliyyət göstərən türk startapı Commencis-in komandası, "OpenAI to Z Challenge" beynəlxalq süni intellekt müsabiqəsində dünya üzrə 2-ci yerə layiq görülüb. Bu nüfuzlu yarışmada 10 mindən çox iştirakçı mübarizə aparıb.

"Commencis" komandası bu böyük uğura "GlyphTrack" layihəsi ilə imza atıb. Layihədə GPT əsaslı texnologiyalar və inkişaf etmiş anomaliya aşkarlama üsulları birləşdirilərək, meşə altında gizlənmiş arxeoloji sahələr və qədim sivilizasiya izləri müəyyən edilib.

Layihənin hazırlanmasında Dorukhan Arslan, Ece Ünal, Pınar Ersoy və Ebubekir Karamustafadan ibarət komanda çalışıb. Eyni zamanda, arxeoloqlar Görkem Kızılkayak və Güneş Duru da layihəyə dəstək veriblər.

Commencis-in qurucusu və CEO-su Fırat İşbecer bu mükafatın komandalarının səylərinin və bacarıqlarının sübutu olduğunu bildirib. O, türk texnologiya startapının qlobal süni intellekt sahəsində ön sırada olmasından qürur duyduğunu vurğulayıb.

© copyright 2022 | tech.az | info@tech.az