New York Times-ın məlumatına görə, Chobani 2025-ci ilin sonuna qədər illik xalis satışını 3,8 milyard dollara çatdırmağı hədəfləyir. Bu hədəf gerçəkləşərsə, ötən ilin satış göstəricilərinə nisbətən 28%-lik ciddi artım demək olacaq.
Hamdi Ulukayanın təsisçisi olduğu ABŞ mərkəzli "Chobani" startapı istehsal gücünü artırmaq məqsədilə 650 milyon dollar investisiya alıb. New York Times-ın DealBook bülletenində yer alan məlumatlara görə, bu investisiyadan sonra Chobani-nin bazar dəyəri 20 milyard dollara yüksəlib.
Yeni investisiya əsasən aşağıdakı məqsədlərə yönəldiləcək:
- Aydahodakı (Idaho) fabrikin genişləndirilməsi və bölgədəki istehsalın ən azı 50% artırılması.
- Nyu Yorkda yerləşən 1,2 milyard dollar dəyərindəki fabrikin inkişaf etdirilməsi. (Hamdi Ulukaya bu planları ilin əvvəlində Forbes ilə bölüşmüşdü.)
Son bir neçə ildə Chobani artıq sadəcə bir yoqurt brendi olmaqdan çıxıb. Startap məhsul çeşidini genişləndirərək, proteinli içkilər və qəhvə kremləri kimi yeni məhsullar bazara çıxarıb. Həmçinin, Nyu Yorkda "Chobani" kafelər açmaqla müştərilərin həyat tərzinin bir hissəsinə çevrilmək üçün addımlar atıb.
Satınalma sahəsində də Chobani aktiv olub, beləliklə, 2023-cü ildə məşhur qəhvə startapı olan La Colombe'u 900 milyon dollara satın alıb.
Bu ilin may ayında isə dondurulmuş qida məhsulları istehsalçısı olan Daily Harvest startapını (və ya şirkətini), detalları açıqlanmayan bir razılaşma ilə özünə birləşdirib.