Az | EN

Türkiyə İlon Maskın təklifini qəbul etmədi

Bənövşə Kazımova
06 Fevral 2023 13:26
569 baxış
Türkiyə İlon Maskın təklifini qəbul etmədi

Bu gün mərkəzi Kahramanmaraş olan 10 vilayətdə meydana gələn və 7 km dərinlikdə baş verən 7,4 bal gücündə zəlzələdən sonra İlon Maskın verdiyi Starlink açıqlaması qısa zamanda gündəm olub. İş adamı Türkiyə hökumətinin qəbul edəcəyi təqdirdə Starlink peyklərini Türkiyəyə göndərməyə hazır olduqlarını bildirsə də, Türksat-ın Maska cavabı gecikməyib.

 

Belə ki, Türksat Starlink təklifinə görə İlon Maska təşəkkür edib və imkanlarının kifayət qədər olduğunu bildirib. Türksat Türkiyənin kabel televiziyası və yeganə peyk rabitə operatoru kimi tanınır.

Qeyd edək ki, İlon Maskın kosmosdan dünyaya yüksək sürətli internet təqdim edən Starlink xidmətindən bu gün bir çox ölkədə aktiv şəkildə istifadə olunur. 2020-ci ilin oktyabrında istifadəyə verildikdən sonra fəaliyyətə başlayan və ölkə portfelini günü-gündən genişləndirən xidmət hələ də Türkiyə bazarına daxil olmayıb. Speedtest-in son aylarda paylaşdığı hesabata görə, Starlink bir çox ölkədə genişzolaqlı yükləmə sürətini üstələyib. Xidmət 4-cü rübdə ABŞ-da 104,97 Mbit/s yükləmə sürətinə nail olub. Bununla belə, qeyd etmək lazımdır ki, ölkədə ən yüksək və ən aşağı yükləmə sürəti qeyri-mütənasibdir. Məsələn, ən yüksək yükləmə sürəti 191,08 Mbit/s ilə Floridada, ən aşağı yükləmə sürəti isə 64,95 Mbit/s ilə Oreqondadır.

© copyright 2022 | tech.az | info@tech.az