Az | EN

Türkiyə ordusunun arsenalına yeni milli helikopter əlavə olunub

Bənövşə Kazımova
14 Yanvar 2023 15:03
1060 baxış
Türkiyə ordusunun arsenalına yeni milli helikopter əlavə olunub

Türkiyə ordusunun arsenalına yeni milli helikopter əlavə olunduğu bildirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayıb. 

Verilən açıqlamada bildirilib ki, mühüm məqsədlərdə istifadə etmək üçün helikopterləri tədarük etmək layihəsi çərçivəsində T-70 tipli yeni helikopter Hərbi Hava Qüvvələrinə təslim edilib.

T-70 tipli helikopter TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi AŞ) şirkəti tərəfindən istehsal edilib. Arsenala yeni əlavə edilmiş bu helikopter TSQ-nin Konyadakı hava qüvvələrinə məxsus hərbi hissənin xidmətinə veriləcək.

© copyright 2022 | tech.az | info@tech.az