21 fevral 2023-cü il tarixində Türkiyənin qabaqcıl sosial platforması Ekşi Sözlük-ə BTQ (İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu) qərarı ilə girişdən əngəllənmişdi. 2 mart 2023-cü ildə Ekşi Sözlük-ə giriş blokunun qaldırılmasına qərar verildi və platforma qərarın həyata keçirilməsi üçün səlahiyyətlilərlə əlaqə saxladığını açıqladı.
Daha sonra Ekşi Sözlük-ə giriş yenidən bağlandı. Ankara 4-cü Sülh Cəza Məhkəməsinin Ekşi Sözlükə giriş qadağasının qaldırılmasına etirazı araşdıran 5-ci Sülh Cəza Məhkəməsi etirazı təsdiqləyərək Ekşi Sözlükə giriş blokunu yekunlaşdırdı.
O vaxtdan platforma giriş üçün müxtəlif üsullar sınayırdı. Ən əsası da platforma domen adını dəyişirdi. Yəni, eskisozluk.com yox, başqa domenlərlə fəaliyyət göstərirdi. Nəhayət, eskisozluk111.com domeni ilə xidmət göstərən Ekşi Sözlük-ün giriş bloku artıq tamamilə aradan qaldırılıb. İndi əvvəlki kimi eskisozluk.com vasitəsilə platformaya daxil olmaq mümkündür.