Bu gün İstanbulda keçirilən "Türk Yazılım Liderleri Toplantısı"-nda Azərbaycan nümayəndə heyəti iştirak edirdi. Tədbirdə Azərbaycanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi təmsil edib. Tədbir zamanı Azərbaycan Respublikasının xarici ölkə vətəndaşları üçün başlatdığı "relokasiya" proqramı haqqında məlumat verilib.
İRİA-nın Beynəlxalq Biznesin İnkişafı üzrə rəhbəri Loukas Tzitzis tədbirdə çıxıb edib. O çıxışında "relokasiya" proqramı haqqında detalları bölüşüb. Həmçinin, o Türkiyəyənin İT sahəsinin liderlərini Bakıya dəvət edib. Nümayəndə heyətində İRİA-nın Strateji Planlama Deprtamentinin rəhbəri Vurğun Hacıyev müxtəlif şirkətlərlə görüşüb.
Tədbirdən sonra İT şirkətlərinin Bakıda ofis açması gözlənilir.
Tədbir Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən keçirilib. İdarəetmə Komissiyasının sədr müavini Aytən Heydərxanlı çıxışında Azərbaycanda göstərilən dəstək və Azərbaycan Sahibkarlar Konfederasiyasının imkanları barədə danışıb.