Az | EN

Türkiyənin yeni PUA-sının ilk uçuşu həyata keçiriləcək

Bənövşə Kazımova
27 Mart 2023 16:18
389 baxış
Türkiyənin yeni PUA-sının ilk uçuşu həyata keçiriləcək

Tezliklə Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan yeni “Bayraktar TB-3” pilotsuz uçuş aparatının ilk uçuşu həyata keçiriləcək.

Bu barədə məlumatı şirkətin texniki direktoru Selçuk Bayraktar öz Twitter hesabında açıqlayıb. Selçuk bəy açıqlamasında "“Bayraktar TB3” böyük qardaşı “Kızılelma”dan sonra öz ilk uçuşu üçün günləri sayır", – deyə qeyd edib.

Türkiyə mediasının məlumatına görə, “Bayraktar TB-3” havada 50 saata qədər qala bilər. “Anadolu” onun yaradılmasında Azərbaycandan da mütəxəssislərin iştirak etdiyini qeyd edib. Bu PUA-nı nəinki döyüş meydanında, eləcə də yanğınların söndürülməsi, zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı da istifadə etmək mümkündür.

© copyright 2022 | tech.az | info@tech.az