Az | EN

Türkiyənin zəlzələ baş verən bölgələrində vətəndaşlara pulsuz danışıq və internet imkanı verilib

Bənövşə Kazımova
06 Fevral 2023 13:13
340 baxış
Türkiyənin zəlzələ baş verən bölgələrində vətəndaşlara pulsuz danışıq və internet imkanı verilib

Tükiyədə səhər saatlarında baş verən və bir çox şəhərləri əhatə edən zəlzələdən sonra Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan Twitter hesabından açıqlama verib.

Sayan bildirib ki, operatorlara zəlzələ bölgəsində vətəndaşların fasiləsiz əlaqəsini təmin etmək tapşırılıb və bölgədəki bütün vətəndaşlara pulsuz danışıq və internet imkanı verilib. O, həmçinin əlavə edib ki, borca ​​görə bağlanan xətlərin hamısı açılıb və taksofonlardan pulsuz zəng etmək mümkün olub. Sayan həmçinin rabitə baxımdan hər hansı bir kəsilmənin qarşısını almaq üçün axtarış-xilasetmə işlərinə kömək edilməsi lazım olduğunu da qeyd edib.

Onu da əlavə edək ki, İlon Mask da səhər saatlarında Türkiyənin razılığı alınarsa, Starlink peyklərini həmin bölgədə aktivləşdirəcəyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az