Az | EN

Twitter kopyalanan tvitlər üçün sanksiya tətbiq edəcək

Bənövşə Kazımova
11 May 2022 13:30
251 baxış
Twitter kopyalanan tvitlər üçün sanksiya tətbiq edəcək

Twitter şirkəti kopyalanan tvitləri paylaşan hesablara sanksiya tətbiq edəcəyini açıqlayıb. Şirkət bir çox istifadəçinin şikayət etdiyi kopyalanan tvitləri paylaşan hesablara sanksiya tətbiq edəcək. İlk dəfə 2020-ci ildə bu mövzuda açıqlama verən şirkət son vaxtlar belə tvitlərin artmasından narahatdır. İlon Mask bildirib ki, Twitter daha azad demokratik platforma olmaqla yanaşı, spam hesablarından da təmizlənməlidir. Sosial media platforması paylaşılan yazıda hüquq pozuntusunu aşkar edərsə, aşağıdakı məhdudiyyətləri tətbiq edəcək; Kopyalanan tvit Trends bölməsində göstərilməyəcək və belə tvitləri paylaşan hesablar izləməyi dayandıran şəxslərə tövsiyə edilməyəcək. Şirkət verdiyi açıqlamada bildirib ki, oxşar məzmunun və ya eyni yazıların paylaşılması bəzən bir taktikadır, lakin bu, digər istifadəçilərin təcrübəsini azaldır. Şirkət bəyan edib ki, bloq hesabında yazıda pozulmuş yazıları görən istifadəçilər tvitlərdəki üç nöqtə bölməsindən "Xəbərdarlıq et" seçiminə klik etməlidirlər.

© copyright 2022 | tech.az | info@tech.az