Az | EN

Twitter öz işçilərinə İlon Mask-la bağlı xəbərdarlıq edib

Bənövşə Kazımova
11 İyul 2022 13:30
253 baxış
Twitter öz işçilərinə İlon Mask-la bağlı xəbərdarlıq edib

Məlum olduğu kimi, İlon Mask bu yaxınlarda Twitter-i satın almaqdan etdiyini bildirmişdi. Bundan sonra Twitter öz işçilərinə məsələ ilə bağlı məktub göndərib. Şirkətin baş məsləhətçisi Sean Edgett tərəfindən göndərilən məktubda işçilərdən Twitter və ya başqa yerlərdə məsələni şərh etməmələri xahiş edilib. Deyə bilərik ki, şirkət bu prosesdə işçilərinin heç bir paylaşımı ilə problem yaşamaq istəmir.

 

Twitter və Mask arasındakı bu məsələ məhkəmədə həll olunacağı ehtimal olunur. Çünki Mask müqavilədən imtina etdiyi üçün külli miqdarda təzminat ödəyəcəyi gözlənilir. Təzminat üçün tələb olunan məbləğ isə 1 milyard dollardır.

© copyright 2022 | tech.az | info@tech.az