Az | EN

Uber Mikonosda qayıq xidmətini işə salıb

Fidan Abbaszadə
18 May 2023 16:07
183 baxış
Uber Mikonosda qayıq xidmətini işə salıb

Uber şirkəti təhlükəsiz və rahat nəqliyyat alternativlərinə yenisini əlavə edib. Şirkət Nyu-Yorkda keçirilən üçüncü Go-GET tədbirində Yunanıstanda qayıq xidmətinə başlayacağını açıqlayıb. Qayıq sifarişi Uber tətbiqi vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, 8 nəfər tutumlu qayıqlar yalnız Mikonos adasına və onun ətrafında səyahət edəcək. 

Uber 2015-ci ildə İstanbulda qayıq xidmətinə başlayıb. Boğazdan özəl sürətli qayıq çağırmaq üçün lüks gəmiçilik şirkəti Navette – Tezman Holding ilə əməkdaşlıq edən şirkət eyni il UberTekne xidmətini Bodrumda da yaratmışdı.

Məlumat üçün bildirək ki, işçilərinin 14 faizini ixtisar edən Uber bu ilin birinci rübündə gəlirlərini 7 faiz artırıb.

Bununla belə, keçən aprel ayında Birləşmiş Ərəb Əmirliklərinin ən böyük telekommunikasiya şirkətlərindən biri olan Emirates Telecommunications Group Uber-in Yaxın Şərqdəki törəmə şirkəti, super tətbiqi Careem-dən 400 milyon dollar dəyərində səhm alacağını açıqlayıb. Emirates Telecommunications Group-un Uber və Careem ilə müqavilə imzalayaraq tətbiqin 50,03 faiz payını almağa hazırlaşdığı deyilir.

© copyright 2022 | tech.az | info@tech.az