Az | EN

Ürək çatışmazlığı üçün həllər hazırlayan Fire1 25 milyon dollarlıq investisiya alıb

Bənövşə Kazımova
16 Mart 2023 15:37
233 baxış
Ürək çatışmazlığı üçün həllər hazırlayan Fire1 25 milyon dollarlıq investisiya alıb

Ürək çatışmazlığı üçün innovativ həllər təqdim edən Fire1 startapı 25 milyon dollar investisiya alıb.

Andera Partners və Novo Holdings-in rəhbərlik etdiyi investisiya raundunda Gilde Healthcare, Gimv, İrlandiya Strateji İnvestisiya Fondu, Lightstone Ventures, Medtronic, New Enterprise Associates və Seventure Partners iştirak edib. Razılaşmaya əsasən, yeni investisiya ilə Novo Holdings Venture Investments-in Partnyoru Eric Snyder və Andera Partners-in direktoru Aneta Sottil Fire1-in idarə heyətinə qatılıb.

2013-cü ildə Hanson Gifford tərəfindən qurulan startap xroniki xəstəliklərə diqqət yetirir. Fire1-in ilk məhsulu ürək çatışmazlığı xəstəliyi üçün hazırlanıb. Onların istehsal etdikləri cihaz ayağın yuxarı hissəsindəki damara daxil edilir. Cihaz xəstələrin nəticələrini yaxşılaşdırmağa yönəlmiş uzaqdan monitorinq həli hesab edilir. Nəzərinizə çatdıraq ki, startap milyonlarla ürək çatışmazlığı xəstəsinin normal həyatlarına qayıtmasına kömək etməyi hədəfləyir. 

© copyright 2022 | tech.az | info@tech.az