Kriptovalyutalarla bağlı spekulyasiyaların qarşısını almaq istəyən WeChat bunu qadağan etmək qərarına gəlib. Bildirilir k, bu addım kriptovalyuta ticarəti ilə bağlı təhlükələri azaltmaq üçün spekulyasiya və ikinci əl NFT ticarətini məhdudlaşdırmaq məqsədi daşıyır. Belə ki, WeChat platforması NFT bazarlarına aid 10-dan çox hesabı bloklayıb. Nəticədə WeChat hesabları olan NFT bazarları platformaya daxil olduqda maneə ilə qarşılaşıblar. Mövzu ilə bağlı WeChat tərəfindən edilən açıqlamada, yalnız "adekvat şirkətlərin" NFT ilə əlaqəli proqramları işlətməsinə və rəsmi şirkət hesabları yaratmasına icazə verildiyi bildirilib. Bunun üçün isə şirkətlər Çin Kiber Məkan İdarəsində qeydiyyatdan keçməlidir.