WePlay Ventures Avropanın ən böyük Oyun Akselerasiyası Proqramını başladır. Üç aylıq proqram çərçivəsində oyun studiyalarına oyun inkişafının müxtəlif aspektləri üzrə təlimlər keçiriləcək. Proqram başa çatdıqdan sonra studiyalar investisiya almaq imkanı əldə edəcəklər.
Bu yaxınlarda öz əməliyyat bölgəsini Avropa və Mərkəzi Asiyaya qədər genişləndirən WePlay Ventures oyun ekosisteminin əsas oyunçuları ilə əməkdaşlıq edərək Avropada ən böyük Oyun Akselerasiya Proqramını işə saldı. Proqrama Avropa, Orta Asiya və Türkiyədə mobil, PC, konsol və Web3 platformaları üçün oyunlar hazırlayan ilkin mərhələdə olan oyun studiyaları müraciət edə biləcək.
Üç aylıq proqram çərçivəsində studiyalar maliyyə, biznesin inkişafı və strategiya, eləcə də inkişaf, incəsənət və oyun dizaynı kimi texniki sahələr üzrə təlimlər alacaqlar. Onlar sahənin mütəxəssisləri ilə görüşmək və onların təcrübələrindən yararlanmaq imkanı əldə edəcəklər. Proqramı uğurla başa vuran oyun studiyaları öz oyunlarını dünyanın ən böyük “publisher” ilə sınaqdan keçirmək və WePlay Ventures-dan investisiya almaq imkanı əldə edəcəklər.
Fiziki iş yerləri 13 ölkədə mövcud olacaq.
Avropanın ən yaxşı oyun şirkətləri ilə əməkdaşlıqda yaradılan Oyun Akselerasiyası Proqramı ən yaxşı investisiya və “publish” imkanlarının təmin edilməsinə fokuslandığına görə digər proqramlardan seçilir. Proqram regionda iştirakçılar arasında bilik mübadiləsini və sinerjini inkişaf etdirmək məqsədi daşıyır. Proqram ilk növbədə onlayn şəkildə həyata keçirilsə də, fiziki iş yerləri 13 ölkədə mövcud olacaq. Ölkələr və proqramlar haqqında ətraflı məlumat tezliklə açıqlanacaq.
"Biz ən perspektivli, lakin diqqətdən kənarda qalan oyun studiyalarını tapmağı hədəfləyirik"
Bu proqram üzərində uzun müddətdir çalışdıqları üçün həyəcanlı olduqlarını izah edən WePlay Ventures İdarəedici Partnyoru Bora Koçyiğit: “WePlay-də biz ilkin mərhələdəki oyun studiyalarını bacardığımız qədər dəstəkləməyə çalışacağıq. Biz anlayırıq ki, bu studiyalar bizim Akselerasiya Proqramımızın əsasını təşkil edən strateji və maliyyə rəhbərliyi tələb edir”.
"Avropa oyun ekosisteminin aparıcı maraqlı tərəfləri ilə əməkdaşlıq edərək, Avropanın ən böyük oyun akselerasiya proqramı olacağına inandığımız proqramı yaratdıq. Əminik ki, proqram gözləntiləri üstələyəcək və regionun bütün oyun sənayesinə fayda verəcək", - o əlavə edib.
Müraciət etmək və proqramı barədə məlumat üçün buraya klikləyin.