Az | EN

Whatsapp-da ekran paylaşımı mümkün olacaq

Səbinə Eyvazova
31 May 2023 14:50
196 baxış
Whatsapp-da ekran paylaşımı mümkün olacaq

WhatsApp bir çox yeni funksiyalar, xüsusilə ekran paylaşımı üzərində işləyir.

Ekran paylaşma düyməsi istifadəçilərə video zənglər zamanı ekranlarında olan məzmunu qarşılıqlı olaraq paylaşmağa imkan verir. Paylaşım zamanı zəngin müəyyən hissəsi də paylaşılır.  

Bildirilir ki, Köhnə Android cihazı işlədənlər bu funksiyaya daxil ola bilməyəcəklər. Eyni şəkildə, birdən çox şəxslə video zənglərdə, tərəflərdən birinin köhnə Android cihazı varsa, bu yenilik heç kim üçün əlçatan olmayacaq.

Ekran paylaşma xüsusiyyətinin veb, masaüstü və iOS versiyalara nə zaman gələcəyi hələlik məlum deyil. Şirkət yeni funksiyasını iyun ayında Android istifadəçiləri üçün aktiv edəcəyi təxmin edilir.

© copyright 2022 | tech.az | info@tech.az