Az | EN

WhatsApp-da media göndərərkən artıq ardıcıllıq pozulmayacaq

Səbinə Eyvazova
21 İyun 2023 14:03
228 baxış
WhatsApp-da media göndərərkən artıq ardıcıllıq pozulmayacaq

Dünyanın ən məşhur mesajlaşma tətbiqi “WhatsApp” istifadəçilər üçün yeni funksiyalar üzərində işləyir. “WhatsApp” vasitəsilə media göndərilərkən artıq fotoşəkillər müəyyən ardıcıllıqla göndərilə biləcək. 

“WhatsApp” təkmilləşdirilmiş media seçici funksiyasını təqdim etməyə başlayıb. Bu funksiya ilə istifadəçilər artıq seçilmiş medianın sırasını asanlıqla nizamlaya bilərlər.

Wabetainfo-nun məlumatına görə istifadəçilər göndərmək istədikləri medianı daha asan çeşidləyə bilmələri üçün işarə yerində nömrələmə apara biləcəklər.

Bundan əlavə funksiya hələ beta istifadəçiləri üçün sınaqdan keçirilməsə də, hamı üçün aktiv olacağı bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az