Az | EN

WhatsApp qrup üzvlərinin sayını yenidən artırır 

Bənövşə Kazımova
10 Oktyabr 2022 14:23
1742 baxış
WhatsApp qrup üzvlərinin sayını yenidən artırır 

WhatsApp qrup üzvlərinin sayını yenidən artırmaq qərarına gəlib. WABetaInfo-nun açıqladığı məlumata görə, qrup iştirakçılarının sayı iki qat artırılacaq.

WhatsApp iyun ayında beta versiyada qrupda iştirakçı sayını 256-dan 512 nəfərə artırmış və onu ictimaiyyətə təqdim etmişdi. Bu funksiya sayəsində istifadəçilər əvvəlkindən daha böyük auditoriyaya malik qruplar yarada bilirdilər. Meta qrup limitini yenidən artırmaq qərarına gəlib.

Platforma tezliklə maksimum sayı 1024-ə çatdıracaq. Whatsapp həmçinin qrup adminləri üçün qrupa qoşulmaq istəyənləri görmək və təsdiqləmək üçün “pending participants" (gözləyən iştirakçılar) bölməsi üzərində də işləyir. Bu halda qrup adminləri gözlənilən iştirakçıların siyahısını görə bilər və onları üzv kimi təsdiqləyə bilər.

Bu funksiya hazırda yalnız məhdud sayda beta istifadəçiləri üçün əlçatandır. Bundan əlavə, bu funksiya həm Android, həm də iOS istifadəçiləri üçün mövcud olacaq.

© copyright 2022 | tech.az | info@tech.az