Az | EN

WhatsApp Web-ə daxil olmaq üçün qr koda ehtiyac olmayacaq

Səbinə Eyvazova
11 İyul 2023 11:16
590 baxış
WhatsApp Web-ə daxil olmaq üçün qr koda ehtiyac olmayacaq

Whatsapp yeni funksiya üzərində çalışır. Belə ki, bu funksiya sayəsində istifadəçilər QR koda ehtiyac duymadan telefon nömrəsi və şifrə ilə WhatsApp Web-ə daxil ola biləcəklər.

WhatsApp-ın bu yeni funksiyası beta istifadəçiləri tərəfindən sınaqdan keçirilir və hələlik ümumi istifadəyə verilmir. İstifadəçilər bu funksiyadan WhatsApp Web-də “Telefon Nömrəsi ilə Qoşul” düyməsini sıxaraq istifadə edə bilərlər. Onlar telefonlarından kodu daxil etməklə Whatsapp web-ə daxil ola biləcəklər.

Bu funksiyanın bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil, lakin hesablamalara görə, onun yaxın həftələrdə istifadəyə veriləcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az