Az | EN

WhatsApp yeni funksiya üzərində çalışır

Səbinə Eyvazova
30 İyun 2022 13:30
285 baxış
WhatsApp yeni funksiya üzərində çalışır

Bildirilir ki, platforma şəkillərə senzura tətbiq etməyə imkan verəcək.

Hələ inkişaf mərhələsində olan bu funksiya sayəsində istifadəçilər qarşı tərəfə göndərəcəkləri şəkillərin istənilən hissəsini tutqunlaşdıra  biləcəklər. Yeni funksiya ilə foto redaktə panelinə bulanıqlıq işarəsi əlavə olunacaq. İstifadəçilər bu işarəyə toxunduqda, tutqunlaşdırmaq istədikləri yerləri müəyyən edəcəklər.

Digər tərəfdən, bu xüsusiyyətin tətbiqə nə zaman əlavə ediləcəyi hələlik məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az