Wildberries onlayn pərakəndə satış şirkəti Azərbaycanda fəaliyyətə başlayacağını elan edib. Şirkət Azərbaycan da daxil olmaqla yeni ölkələrə açılmağı planlaşdırıb. Qısa zamanda Wildberries Azərbaycan, Gürcüstan və Tacikistanın bazarlarına çıxmağı düşünür. Bu barədə mediaya şirkətin təsisçisi və baş direktoru Tatyana Bakalçuk məlumat verib.
.png)
"Biz MDB-də böyüməyi düşünürük, bəzi ölkələr bizim işlədiyimiz ölkələr arasındadır. İndi biz Azərbaycan, Tacikistan, Gürcüstan kimi ölkələrdə fəaliyyətə başalamağı düşünürük", - Bakalçuk bildirib. Şirkət daha çox ölkədə fəaliyyətini genişləndirərkən rebrendiq etmək üzərində də çalışır. Bu barədə Bakalçuk “Biz brendin bir qədər köhnəldiyini hiss edirik, onun səmimi və müasir kimi görünməsini istəyirik” deyib. Şirkət artıq mümkün konsepsiyaları nəzərdən keçirir, lakin son versiyanı hələ təsdiq etməyib.
Hazırda Wildberries Rusiyadan başqa Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, İsrail və Özbəkistan kimi ölkələrdə fəaliyyət göstərir.
Wildberries Rusiya əsaslı pərakəndə satış şirkətidir. Ən böyük e-ticarət şirkəti və bütün Rusiya regionunda ən böyük pərakəndə satıcıdır.
