Az | EN

Wildberries virtual mobil operatoru işə salmağı planlaşdırır

Nigar Sultanli
23 İyun 2025 13:47
61 baxış
Wildberries virtual mobil operatoru işə salmağı planlaşdırır

Rusiyanın iri onlayn ticarət platforması Wildberries yaxın gələcəkdə virtual mobil operator (MVNO) kimi fəaliyyətə başlamağı planlaşdırır. Mütəxəssislərin fikrincə, ən çox ehtimal olunan tərəfdaş T2 operatoru ola bilər.

Federal operatorlardan birindəki mənbənin “Kommersant”a verdiyi məlumata görə, Wildberries hazırda operatorlarla şəbəkələrindən istifadə şərtləri üzərində danışıqlar aparır. “Vympelkom” (Beeline), “Megafon”, MTS və T2 isə jurnalistin sorğularına cavab verməyiblər.

“Megafon”un şəbəkəsində artıq beş virtual operator fəaliyyət göstərir və onlar yeni tərəfdaşlarla əməkdaşlığa açıqdırlar. MTS-in şəbəkəsində isə 17 regionda “T-Mobile” çalışır. T2 operatorundan bildirilib ki, onlar tərəfdaşlığa açıqdırlar və hazırda şəbəkələrində 25-dən çox operator fəaliyyət göstərir. İlsonuna qədər 54% MVNO abonentləri məhz T2 şəbəkəsində xidmət alacaq.

J’son & Partners Consulting şirkətinin Telekommunikasiya Xidmətləri Departamentinin direktoru Kirill Kuçerovun sözlərinə görə, Wildberries-in virtual operator kimi abonent bazası 5-6 ildən sonra “T-Mobile”un bazasına — təxminən 6 milyon istifadəçiyə yaxınlaşa bilər. Bu isə müştərilərə cəlbedici məhsul təklifindən asılıdır.

Sənaye iştirakçıları yeni oyunçunun bazara daxil olmasını rəğbətlə qarşılayır, çünki bu, rəqabəti artırır. “Yota” şirkəti isə bildirib ki, yeni oyunçunun bazara girişi onların inkişaf strategiyasına təsir etməyəcək.

Qeyd edək ki, 2025-ci ilin aprelində “Alfa-Bank” da öz müştəriləri üçün virtual mobil operator xidmətini istifadəyə verib. Bankın SIM və eSIM kartları yalnız bəzi regionlardakı filiallarda əldə edilə bilər.

© copyright 2022 | tech.az | info@tech.az