Az | EN

Windows 11-in ilk böyük yeniləməsi təqdim ediləcək

Səbinə Eyvazova
22 Sentyabr 2022 13:28
337 baxış
Windows 11-in ilk böyük yeniləməsi təqdim ediləcək

Bildiyimiz kimi, Windows 11 əməliyyat sistemi keçən il istifadəçilərə təqdim olunmuşdu. İndi isə Windows 11-in ilk böyük yeniləməsinin bu ay təqdim olunacağı bildirilib.

Microsoft hələ rəsmi buraxılış tarixini açıqlamasa da, yeniləmənin tədricən bəzi istifadəçilər üçün əlçatan olduğu bildirilib. Bundan əlavə, Microsoft oktyabr və noyabr aylarında yeniləməni daha çox istifadəçi üçün əlçatan edəcək. 

Windows 11 yeni hazırlanmış Tapşırıq Meneceri ilə gələcək. Həmçinin, bu yeniləmə "Windows Studio Effects" adlı yeni alət və çoxsaylı oyun təkmilləşdirmələri sayəsində məzmun yaradıcıları və oyunçular üçün əhəmiyyətli imkanlar gətirəcək.

Bundan əlavə, Microsoft, nəhayət, Windows 11-də Android proqramları dəstəyi ilə bağlı da bir sıra yeniliklərin olacağı qeyd olunub.

© copyright 2022 | tech.az | info@tech.az