Az | EN

X platforması İran bayrağı emojisini dəyişib

Cəmil Hüseynzadə
12 Yanvar 2026 11:52
86 baxış
X platforması İran bayrağı emojisini dəyişib

İranda son vaxtlar yaşanan gərginlik fonunda X (keçmiş Twitter) platforması İran bayrağı emojisini dəyişib. Məsələ ilə bağlı rəsmi açıqlama da verilib. Bildirilib ki, hazırda istifadəçilər İran bayrağı emojisini paylaşdıqda üzərində şir təsviri olan köhnə İran bayrağı əks olunur.

Bu dəyişiklik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi və ictimai fiqur bunu İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirib və platformanın qərarını tənqid edib. Digər tərəfdən, bəzi istifadəçilər bu addımı simvolik mövqe kimi dəyərləndiriblər.

Mövzu ilə bağlı müzakirələr hazırda da sosial mediada davam edir.

© copyright 2022 | tech.az | info@tech.az