Yapon dövlət-özəl tərəfdaşlığı 2025-ci ildə günəş enerjisini kosmosdan əldə etmək üçün çalışacaq. Kyoto Universitetinin professoru Naoki Şinoharanın rəhbərlik etdiyi və 2009-cu ildən kosmos ilə əlaqəli günəş enerjisi üzərində işləyən layihə artıq bir sıra kiçik peykləri orbitə yerləşdirməyə çalışacaq. Daha sonra toplanan günəş enerjisini yüzlərlə mil uzaqlıqdakı yer əsaslı qəbuledici stansiyalara göndərəcək.
Əslində kosmosa əsaslanan günəş enerjisi konsepsiyası 1968-ci ildə amerikalı fizik tərəfindən irəli sürülüb və bu konsepsiya 36.000 kilometr yüksəklikdə elektrik enerjisi istehsal etmək üçün kosmosa günəş panellərinin buraxılmasını nəzərdə tutmuşdu. Bu prosesdə istehsal olunan günəş enerjisi daha sonra mikrodalğalara çevrilir və yenidən elektrik enerjisinə çevrildiyi qəbuledici stansiyalara ötürülür. O vaxtdan bəri bir neçə ölkə, o cümlədən Çin və ABŞ bu ideyaya vaxt və pul xərcləyib.
Texnologiyanın reallığa çevriləcəyi sual altındadır. Çünki 1 gigavat enerji istehsal edə bilən bir nüvə reaktoru istehsal etmək mövcud texnologiyalarla təxminən 7 milyard dollara başa gələcək və bu xərc layihənin davamlılığını çətinləşdirə biləcək amildir. Tezliklə bu sahədə nə baş verəcəyini görəcəyik.