Az | EN

Yeni AirPods modelləri beyin dalğalarını oxuya biləcək

Nail Valiyev
31 İyul 2023 16:53
323 baxış
Yeni AirPods modelləri beyin dalğalarını oxuya biləcək

Apple-ın yeni patent müraciətinə əsasən gələcək AirPods modelləri biosiqnalları və hətta beyin dalğalarını oxuya biləcək. Bu texnologiya qulaqlıqlara bir çox sağlamlıq monitorinqi funksiyalarını təklif etməyə imkan verə bilər.

Bu yaxınlarda Apple patentində AirPods qulaqlıqlarına sağlamlıq monitorinqi funksiyalarını əlavə etməyi planlaşdırdığı bildirilir. Patent istifadəçinin biosiqnallarını aşkar edəcək bir sıra miniatür elektrodların necə yerləşdirilməsini təsvir edir. Yeni AirPods modelləri bu texnologiya sayəsində beyin dalğalarını oxuya və məlumatları təhlil edə bilir.

"Geyilə bilən elektron cihazın ölçdüyü biosiqnallara elektromiyoqrafiya (EMG), elektrookuloqrafiya (EOG), elektrokardioqram (EKQ), o cümlədən elektroensefaloqrafiya (EEG) kimi digər biosiqnallar daxil ola bilər" patent müraciətində deyilir.

Bu patentdə miniatür elektrodların həm naqilli, həm də simsiz qulaqlıq korpusunun müxtəlif hissələrinə yerləşdirilməsinin planlaşdırıldığı bildirilir. Həmçinin vurğulanıb ki, bu elektrodların istifadəçinin qulaq formasına uyğun olaraq fərdi şəkildə konfiqurasiyası tələb oluna bilər.

© copyright 2022 | tech.az | info@tech.az