Az | EN

Yerli startap Onradar "exit" edib

Cəmil Hüseynzadə
17 Avqust 2024 11:12
1135 baxış
Yerli startap Onradar "exit" edib

Onradar yerli startapı ABŞ-də yerləşən IT şirkətinin rəhbəri tərəfindən satın alınıb. Startapın təsisçisi Rüfət Məmmədli bu barədə açıqlama verib. Məmmədli uzun müddət Feysbukda bu sahə üzrə paylaşımlar etmədiyini bildirərək, şəxsi və biznes işləri ilə məşğul olduğunu qeyd edib.

Rüfət Məmmədli satışın səbəbləri və gələcək planları haqqında danışıb
Məmmədli startapını satmaq qərarına gəlməsinin əsas səbəbini daha maraqlı sahələrə investisiya etmək istəyi ilə əlaqələndirir: "Əminəm ki, Onradar doğru əllərdə daha da böyüyəcək və hətta milyon dollarlıq şirkətə çevrilə biləcək. Müvəqqəti olaraq Onradarın yeni sahibi ilə birgə çalışıb, təhvil-təslim işlərini yerinə yetirəcəm. Bundan sonra isə maraqlı bir startap ideyamla yenidən sıfırdan biznes və brend yaratmağa başlayacam. Hələlik isə istirahət etməyi planlayıram."

Onradar-ın yeni sahibi və satış məbləği barədə Tech.az Mediaya açıqlama verib:

"Satın alma prosesində Onradar-ın yeni sahibinin fərdi alış etdiyindən hazırda məxfiliyini qorumaq istəyir. O, ABŞ-nın Arizona ştatında bir "cloud" şirkətində CTO vəzifəsində çalışır. Satış məbləği isə 5 rəqəmlidir. Təəssürat olaraq isə, tam ürəyimcə bir satış gerçəkləşdi. Həyəcan verici oldu. Bu satış, növbəti startap layihəmi daha da möhkəmləndirmiş olacaq. Yenə eyni qaydada B2B üzrə bir cloud xidməti göstərən startap üzərində çalışacağımı planlayıram."

Bu satış Məmmədli üçün həyəcan verici bir addım olaraq qiymətləndirilib və onun növbəti böyük layihəsi üçün böyük motivasiya mənbəyi olub.

© copyright 2022 | tech.az | info@tech.az