Google-un sahibi olan Alphabet şirkəti 2025-ci ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Məlumata görə, Google One və YouTube Premium daxil olmaqla ödənişli abunəçilərin sayı 325 milyona çatıb. Bu göstərici üç ay əvvəl 300 milyon idi.
YouTube-un reklam gəlirləri rübdə 9% artaraq 11,38 milyard dollar təşkil etsə də, analitiklərin gözləntilərindən bir qədər aşağı qalıb. Bununla belə, platformanın reklam və abunəliklərdən əldə etdiyi illik ümumi gəlir 60 milyard dollara çatıb ki, bu da ötən illə müqayisədə 17% artım deməkdir.
Alphabet-in baş icraçı direktoru Sundar Piçai YouTube TV üçün yeni, janr əsaslı abunə paketlərinin təqdim ediləcəyini bildirib. Şirkət həmçinin YouTube Shorts, podkastlar və süni intellekt əsaslı funksiyaların istifadəsində artım müşahidə olunduğunu açıqlayıb.
