Az | EN

Zillow ChatGPT plaqini ilə ev tapmaq daha rahat olacaq

Nail Valiyev
03 May 2023 15:44
349 baxış
Zillow ChatGPT plaqini ilə ev tapmaq daha rahat olacaq

ChatGPT ilə daha rahat bir şəkildə satın almaq və ya kirayəyə götürmək üçün ev tapmaq mümkün olacaq. Zillow ChatGPT adlanan plaqin aktivləşdirildikdən sonra, istifadəçilər ChatGPT-ə yer, qiymət və otaq sayı kimi kriteriyalarını bildirərək özlərinə uyğun evi daha rahat tapa biləcək. ChatGPT Zillow-un verilənlər bazasına daxil olaraq axtarış meyarlarına uyğun gələn variantları təqdim edəcək.

"Süni intellekt insanların məlumat axtarmaq üsulunu dəyişir. Bunun necə böyük potensialının olduğunun fərqindəyik və gələcəkdə OpenAI texnologiyası ilə daha çox texnoloji yeniliklər hazırlamağı səbirsizliklə gözləyirik", - Zillow şirkətinin texniki direktoru David Beitel bildirib.

ChatGPT-nin daşınmaz əmlak sektoruna daxil olması və ev axtarışı və kirayəsi sahəsində insanlara kömək etməsi, indi olmasa belə, gələcəkdə istifadəçilərə ən uyğun qiyməti və evi tapmağa imkan yarada bilər. Bunun təmin edilməsi üçün bütün evlərin onlayn siyahıya salınması lazımdır. Zillow ChatGPT plaqini hazırda məhdud sayda istifadəçi tərəfindən sınaqdan keçirilir. 

© copyright 2022 | tech.az | info@tech.az